Cənubi Koreya Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki səfiri Georgi Zinovyevi çağırıb.
Azpost.info xəbər verir ki, səfirə Rusiya XİN-nin Koreya yarımadasındakı vəziyyətlə bağlı mövqeyi ilə bağlı etiraz bildirilib.
Reaksiya Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Cənubi Koreya liderinin KXDR-lə bağlı mövqeyinə dair sözlərinə cavab olaraq gəlib.
Zaxarova bildirmişdi ki, Cənubi Koreya prezidentinin nüvə məsələlərinə dair KXDR haqqında açıqlamaları Seulun Pxenyana qarşı aqressiv planlarını ört-basdır etmək məqsədi daşıyır.
O, həmçinin gərginliyin artdığı Koreya yarımadasındakı vəziyyətə diqqət yetirməyə çağırıb. Zaxarovanın sözlərinə görə, bu vəziyyətin günahkarları ABŞ və onun müttəfiqləri, o cümlədən Cənubi Koreyanın özü, həmçinin Yaponiyadır.
Azpost.info