İraq ABŞ-ın hava zərbələri nəticəsində ölənlərin sayını açıqladı

ABŞ-ın İraqın qərbindəki Ənbar vilayətinə endirdiyi hava zərbələri nəticəsində 16 əsgər həlak olub, ən azı 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azpost.info xəbər verir ki, əsasən 13-cü əl-Tafuf briqadası itki verib.

Bundan əvvəl Suriya Müdafiə Nazirliyi ABŞ zərbələri nəticəsində mülki vətəndaşların və hərbçilərin həlak olduğunu bildirmişdi.

Nazirlik əlavə edib ki, hücum dövlət və şəxsi mülkiyyətə külli miqdarda ziyan vurub.

Suriya zərbələri açıq hava təcavüzü kimi qiymətləndirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.