Məşhur hava şirkətinin rəhbəri “Boing” təyyarələrindən narazılıq etdi –"İstehsal bacarıqlarını itiriblər"

Dünyanın ən böyük hava yolları şirkətindən biri olan “Emirates”in rəhbəri Tim Klark “Boing” təyyarələrini texniki standartlarının geriyə getməsindən narazılıq edib. O, bunu şirkətin idarəetmədə köhnə səhvləri və maliyyə qazancını mühəndislik mükəmməlliyindən üstün tutması ilə əlaqələndirib.

Azpost.info bildirir ki, “Financial Times”-a verdiyi müsahibədə Klark ilk dəfə olaraq “Boing” təyyarələrinin istehsal xətlərinə nəzarət etmək üçün öz mühəndislərini göndərəcəyini söyləyib: “Bu addımımız baş verənlərin sübutudur. Əvvəlki vaxtlarda buna ehtiyac olmazdı”, – deyə aviaşirkətin rəhbəri izah edib.

Klark həmçinin şirkəti 2021-ci ildə əsas istehsal xətlərini Cənubi Karolinaya köçürdükdən sonra bacarıq və vərdişlərini  itirdiyinə görə tənqid edib.

“Şirkət müştərilər üçün yaxşı dizayn edilmiş və etibarlı olan möhtəşəm təyyarələr istehsalına davam edəcəkmi? Əminəm ki, bunu edəcəklər. Amma indi onlar “öz evlərini” qaydaya salmalıdırlar”, – deyə aviaşirkətin rəhbəri yekunlaşdırıb.

ABŞ-ın Oreqon ştatının Portlend hava limanında “Alaska Airlines” şirkətinə məxsus “Boing” təcili eniş edib. Hadisə ilə əlaqədar Amerika aviadaşıyıcısı öz təyyarə parkını yoxlamağa başlayıb. Nəticədə mütəxəssislər bəzi Boing təyyarələrində bərkidilməmiş avadanlıqlar aşkar ediblər. Bir sıra hallarda təyyarələrdə boltları boş olan qapılar aşkar edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.