Daha bir əcnəbi bank rusların hesablarını kütləvi şəkildə bağlayır

Kiprdə yaşayan ruslar adanın ən böyük bankındakı (“Hellenic”) hesablarından məhrum olublar.

Azpost.info xəbər verir ki, bu barədə hüquq və konsaltinq xidmətləri göstərən “Main Partner Trust” şirkəti bildirib.

Hesabların bağlanması onların əməliyyat şirkətlərinə də təsir edib. Bank qərarının səbəblərini açıqlamayıb.

“Hellenic” – aktivlərinə görə Kiprdə dördüncü ən böyük bankdır. Bundan əvvəl o, Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyalara əməl etmək niyyətində olduğunu açıqlamışdı.

2023-cü ilin yekunlarına dair hesabatda qeyd olunur ki, bank müştəri monitorinqini gücləndirilib. Buna səbəb əməliyyatların ciddi şəkildə izlənilməsi və yoxlanılmasıdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.