Tələbələr Klintonun Universitetdəki çıxışını pozublar –“Sən hərbi canisən"

Fəallar ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun Kolumbiya Universitetindəki çıxışını pozaraq onu hərbi cinayətkar adlandırıblar.

Bu barədə “Colorado Springs” nəşri məlumat yayıb.

“Sən hərbi cinayətkarsan. Liviya, İraq, Suriya, Yəmən, Fələstin və Amerika xalqı sizi heç vaxt bağışlamayacaq!”, – deyə fəallar onun çıxışını kəsiblər.

Bundan əvvəl də etirazçılar ABŞ Prezidenti Co Baydenin seçki kampaniyası zamanı çıxışını pozmağa cəhd ediblər.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.