Rusiyada Ermənistandan gətirilən “Jermuk” suyunun satışına qadağa qoyulub

Rusiya istehlakçıların hüquqlarının müdafiəsi və insan rifahı sahəsinə nəzarət üzrə federal xidməti (“Rospotrebnadzor”) Ermənistanda istehsal olunan “Jermuk” suyunun idxalının dayandırılması barədə qərar qəbul edib.

“Jermuk” suyundan içən Vladiqafqaz şəhər sakininin qida borusunda və mədəsində problem yaranıb. Məlum olub ki, şüşəyə su əvəzinə, sirkə doldurulub.

Araşdırmalar bitənədək Ermənistandan “Jermuk” suyunun idxalına və Rusiya ərazisində satışına qadağa qoyulub(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.