“Qarabağ” bu gün “Braqa” ilə oynayacaq –Avropa Liqası

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin oyunlarına start veriləcək.

Azərbaycan çempionu “Qarabağ” da bu raundda ilk matçını keçirəcək.

Ağdam təmsilçisi tarixi qarşılaşmaya Portuqaliyada çıxacaq. Qurban Qurbanovun başçılıq etdiyi komanda “Braqa”nın qonağı olacaq.

“Munisipal” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. “Qarabağ”da Kevin Medina zədə, Marko Veşoviç isə cəza səbəbindən oynaya bilməyəcək. Meydan sahiblərinin heyətində isə Bruma və Adrian Marin zədəli olduqları üçün oyunu buraxacaqlar.

Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.