Rusiyada dini ədəbəyyata tələbat kəskin artıb- Müharibədən sonra

Ukraynada müharibənin ikinci ilində Rusiyanın dini ədəbiyyata tələbatı kəskin şəkildə artıb.

Azpost.info xəbər verir ki, əgər 2022-ci ildə inanc və din haqqında jurnalların ümumi tirajı 1,1 milyon nüsxə idisə, 2023-cü ildə bu rəqəm 4,6 milyona yüksəlib.

Bu barədə “Vedomosti” Rusiya Kitab Palatasına istinadən yazıb.

Siyasi Texnologiyalar Mərkəzinin birinci vitse-prezidenti, Rus Pravoslav Kilsəsinin tarixi üzrə mütəxəssis Aleksey Makarkin qeyd edir ki, ölkədəki vəziyyətlə əlaqədar pravoslav mağazalarında yeni növ dini nəşrlər və ədəbiyyatlar peyda olur. Onun sözlərinə görə, Ukraynaya qarşı müharibəyə həsr olunmuş kitab və jurnalların çeşidi genişlənir.

Azpost.info

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.