Ukraynanın ən böyük dördüncü donoru bu ölkədi- 10 milyard dollar ayırıb

Ukrayna Baş naziri Denis Şmıqal Tokioda keçirilən konfransda Yaponiyanı ölkəsinin yenidən qurulması və modernləşdirilməsinə dəstək verməyə çağırıb.

Azpost.info xəbər verir ki, Şmıqal bildirib ki, özəl sektor Ukraynada bərpanın ən mühüm mühərrikidir.

“Burada Ukrayna və Yaponiyadan 300-ə yaxın hökumət və biznes nümayəndəsi iştirak edir. Rusiyanın başlatdığı genişmiqyaslı müharibə başlayandan bəri Yaponiya Ukraynaya 10 milyard dollardan çox pul göndərib və bununla da Kiyevin dördüncü ən böyük donoru olub”, – Şmıqal deyib.

O, yapon şirkətlərinə Ukraynada “iqtisadi möcüzə”nin mümkünlüyünü vəd edib: “Hazırda Ukrayna iqtisadiyyatına sərmayə qoyan şirkətlər yaxın illərdə heç inanmayacağınız faydalar və imkanlar əldə edəcəklər”.

Dünya Bankı, Avropa İttifaqı və BMT-nin hesablamalarına görə, Ukraynanın bərpası üçün 486 milyard dollardan çox vəsait lazımdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.