Azərbaycan sahibkarları Rusiyaya ən mühüm malların ixracını artırıblar –Rusiyalı ekspert

Azərbaycanın ümumi daxili məhsulu
Azərbaycanın ümumi daxili məhsulu

Azərbaycanın Rusiyaya ixracında kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir.

Azpost.info bildirir ki, bu sözləri Rusiyanın Xalqlar Dostluğu Universitetinin (RUDN) Beynəlxalq İqtisadi Əlaqələr kafedrasının müəllimi Arina Tinkova aif.ru-ya bildirib.

Onun sözlərinə görə, Azərbaycan pomidorunun əsas alıcısı Rusiya Federasiyasıdır: “Rusiya Azərbaycan meyvə-tərəvəzinin əsas istehlakçısıdır. Çünki bir çox ölkələr üçün xammal tədarükçüsüdür. Ölkəmizə kənd təsərrüfatı məhsullarının tədarükü Azərbaycanda məşğulluğun səviyyəsini stimullaşdırır. Biz Azərbaycan pomidorunun ən mühüm və əsas alıcısıyıq – bu, idxal strukturunda bir nömrəli məhsuldur. Bununla yanaşı, Azərbaycan şərablarının potensialı Rusiya bazarında hələ də lazımınca qiymətləndirilmir. Biz onları bu gün mağaza rəflərində tapa bilmirik, amma məsələn, gürcü şərabları geniş şəkildə təqdim olunur”, – deyə Arina Tinkova bildirib.

Bundan əlavə, Rusiyaya qarşı sanksiyalar şəraitində Azərbaycan sahibkarları ticarətinə sanksiyalardan ən çox zərər vuran ən mühüm malların təkrar ixracını artırıblar. “Bunlar Qərb mənşəli avtomobillər, elektronika, məişət texnikası və digər orta və yüksək texnologiyalı mallardır. 2023-cü ildə Rusiyanın Azərbaycandan kompüterlər, avtomobillər, sənaye maşınları, reaktiv mühərriklər, reaktorlar, nüvə qazanları, mexaniki qurğular və avadanlıqlar kimi məhsulların idxalı kəskin şəkildə artıb”, – deyə Arina Tinkova bildirib.

2023-cü ilin sonunda iki ölkə arasında ticarət dövriyyəsi 4,4 milyard dollara çatıb, yəni 17% artıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.