“Mançester Siti” və “Arsenal” qalib gəlib- İngiltərə Premyer Liqası

Futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci tura start verilib.

Günün ilk oyununda yeddi görüş keçirilib.

Çempionluq uğrunda mübarizə aparan “Mançester Siti” səfərdə “Kristal Pelas”a 4:2, “Arsenal” isə “Brayton” 3:0 hesabı ilə qalib gəlib.

Turun digər oyunlarında “Everton” “Börnli”ni, “Nyukasl” “Fulhem”i 1:0, “Luton” “Bornmut”u, “Vest Hem” “Vulverhempton”u 2:1 hesabı ilə məğlub edib. “Aston Villa” – “Brentford” görüşü isə 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, turnir cədvəlinə 71 xalla “Arsenal” başçılıq edir. “Liverpul” 70 xalla ikinci, eyni xala malik “Mançester Siti” isə üçüncü pillədə qərarlaşıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.