“Beşiktaş” baş məşqçisi ilə yollarını ayırdı

Türkiyənin “Beşiktaş” klubu baş məşqçisi Fernandu Santuşla yollarını ayırıb.

“Samsunspor” ilə 1:1-lik heç-heçədən sonra “Beşiktaş” klubunun rəhbərliyi toplantı keçirərək, baş məşqçi ilə müqaviləyə xitam verilməsi qərarına gəlib. Komanda mövsümün sonunadək Serdar Topraktepeyə tapşırılıb.

Qeyd edək ki, “Beşiktaş” hazırda 48 xalla 4-cü pillədə qərarlaşıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.