“Liverpul” və “Arsenal” doğma meydanda məğlub olub

İngiltərə Premyer Liqasında XXXIII turun növbəti oyunları keçirilib.

Günün ilk qarşılaşmasında “Vest Hem” doğma meydanda “Fulhem”i qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Çempionluq mübarizəsi aparan “Liverpul” səfərdə “Kristal Pelas”a 0:1, “Arsenal” isə “Aston Villa”ya 0:2 hesabı ilə məğlub olub.

Bu nəticədən sonra “Mançester Siti” 73 xalla turnir cədvəlinə başçılıq edir. Hərəyə 71 xalı olan “Arsenal” ilə “Liverpul” isə ikinci və üçüncü pillələri bölüşürlər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.