Heydər Əliyevə ad günündə Ağdam məscidindən gətirilmiş daş öz yerinə qoyulub –FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

Açılışda diqqətçəkən məqam 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan bir parça daşın məscidə qaytarılmasıdır.

Belə ki, amerikalı həmsədrin “Bu, Ağdamdakı məsciddən kiçik bir hissədir. Bu, bizim bərpa etmək arzusunda olduğumuz torpağın bir hissəsidir. Ümid edirik ki, o böyük məscidin özü geri qaytarılacaq”, deməyindən illər sonra həmin daş Ağdam Cümə məscidinin təmir-bərpası zamanı əvvəlki yerinə yerləşdirilib.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.