Avropa Liqasında yarımfinalın ilk oyunları –NƏTİCƏLƏR

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Turnirin 1/8 final mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Almaniya “Bayer”i İtaliyada “Roma”nın qonağı olub. Matçı fransalı baş hakim Fransua Leteksye idarə edib. Görüş Bundesliqa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər görüş Fransada baş tutub. “Marsel” doğma meydanda İtaliyanın “Atalanta” klubunun müqavimətini qıra bilməyib – 1:1.

Qeyd edək ki, komandalar arasında cavab matçları mayın 9-da keçiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.