Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi olimpiadaya lisenziya qazanıb

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

İdmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla nail olub.

O, yarımfinal mərhələsində rusiyalı Pavel Qlinçuka (AİN) qalib gəlib.

Qeyd edək ki, daha əvvəl Murad Məmmədov (60 kq) və Rafiq Hüseynov (87 kq) olimpiya lisenziyasına sahib çıxıb.

Beləliklə, Azərbaycan olimpiadaya 23-cü lisenziyanı qazanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.