Azad olunmuş ərazilərin bərpasına ayrılan vəsait 27 faiz artırılacaq

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərclər artırılır.

Bu, Maliyyə Nazirliyinin yaydığı 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.
Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərcləri təsdiq olunmuş 7788,0 milyon manata qarşı 9902,7 milyon manat və ya 2114,7 milyon manat (27,2 faiz) artırılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.