Ukrayna parlamentinin spikeri Putinə cavab verdi

Vladimir Zelenski hərbi vəziyyətin sonuna qədər Ukraynanın prezidenti olacaq.

Azpost.info RBC-yə istinadən bildirir ki, bu barədə Ukrayna Ali Radanın spikeri Ruslan Stefançuk  bildirib.

Ukraynalı spiker bu bəyanatı Rusiya prezidenti Putinin Ukraynada legitim hökumət olaraq yalnız Ali Rada və onun spikeri qalması ilə bağlı bəyanatlarına cavab olaraq verib.

Stefançukun sözlərinə görə, Ukrayna Konstitusiyasının 108-ci maddəsi Ukrayna prezidentinə yeni seçilmiş dövlət başçısı vəzifəyə başlayana qədər səlahiyyətlərini həyata keçirməyə icazə verir.

Daha əvvəl Putin bildirib ki,  Konstitusiyada Ukrayna prezidentinin səlahiyyətlərinin uzadılması barədə heç nə deyilmir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.