Bu gün Maksim Medvedev futbol karyerasını başa vurur

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Maksim Medvedev karyerasını bitirir.

35 yaşlı kapitan Azərbaycan Kubokunun finalında “Zirə” ilə keçiriləcək matçdan sonra yaşıl meydanlarla vidalaşacaq.

Kapitana final görüşündən əvvəl keçirdiyi oyun sayına (552 oyun) uyğun olaraq xatirə forma təqdim olunub.

Qeyd edək ki, M. Medvedev 2006-cı ildən “Qarabağ”ın formasını geyinir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.