Azərbaycan millisi Ermənistanı məğlub edib

Azərbaycanın kişilərdən ibarət 3×3 basketbol yığması Avropa Kubokunun təsnifat mərhələsində ilk oyununa çıxıb.

Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunan mərhələdə yığma Ermənistan komandasına qarşı keçirib. Görüş millimizin 21:9 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamız eyni gündə daha üç matç keçirəcək. Yığma ilk olaraq Bakı vaxtı ilə saat 16:10-da ev sahibi Kosovo ilə üz-üzə gələcək. Digər görüşlər isə müvafiq olaraq Kipr və Albaniyaya qarşı olacaq.

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi isə ilk görüşündə Malta ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:50-də başlayacaq. Yığma saat 23:20-də isə Lüksemburqla münasibətlərinə aydınlıq gətirəcək(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.