Kremlin keçmiş SSRİ respublikalarından topladığı hərbi blok Qafqazda yeganə iştirakçı ölkəsini itirəcək.
Azpost.info xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-dən çıxacağını bəyan edib.
Paşinyanın sözlərinə görə, Ermənistanın keçmiş hakimiyyəti ölkəyə real müdafiə gətirməyən “köpük ittifaqı”na daxil olub.
“Biz KTMT-dən çıxacağıq. Vaxtı ilə bağlı qərar verəcəyik”, – Paşinyan bildirib.
O, əlavə edib ki, başqa yol yoxdur və Ermənistan geri qayıtmayacaq.
Azpost.info