Ermənistanda meyiti tapılan hərbçinin qətlə yetirildiyi məlum olub

Ermənistanda meyiti tapılan hərbi qulluqçu Armen Qasparyanın qətlə yetirildiyi məlum olub.

Bu barədə Ermənistan KİV məlumat yayıb.

Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı “qətl” maddəsi üzrə cinayət işi açıb. Bir sıra ekspertizalar təyin edilib.

Xatırladaq ki, iyunun 14-də Ermənistanda səhər saatlarında N saylı hərbi hissənin mühafizə mövqeyində müqavilə əsasında hərbi xidmət göstərən hərbi qulluqçu Armen Qurgenoviç Qasparyanın meyiti aşkarlanıb.

Məlumata görə, hərbi qulluqçuya odlu silahdan atəş açılıb. Hadisə ilə bağlı istintaq başladılıb(trend).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.