Qərb siyasətçiləri Avropada yeni dağıdıcı münaqişənin başlanmasına çalışırlar.
Azpost.info xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.
“Belarusun qərb sərhədlərində gərginliyi artırır, xalqlarımız arasında onilliklər ərzində qurulmuş iqtisadi və humanitar əlaqələri məhv edir və nüvə silahından istifadəni elan edir, bunun nəyə gətirib çıxara biləcəyini başa düşmürlər. Onlar öz hərəkətləri ilə Avropada yeni dağıdıcı münaqişənin başlanmasına təkan verirlər”, – Volfoviç bildirib.
Dövlət katibi qeyd edib ki, ölkə rəhbərliyinin əsas vəzifəsi sülh və təhlükəsizliyi təmin etməkdir: “Bunun qarantı isə silahlı qüvvələr, digər qoşunlar və hərbi birləşmələrdir. Bu gün dövlətin hərbi təşkilatı istənilən təcavüzkarı dəf etməyə qadirdir”.
Azpost.info