Rusiya viza mərkəzlərini bağlayarsa və diplomatlarını vergi imtiyazlarından məhrum edərsə, Moskva ABŞ-a adekvat cavab verəcək.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Belə tədbirlər həyata keçirilərsə, Rusiya tərəfi adekvat cavab verəcək”, – o deyib.
İyunun 22-də Moskvanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ hakimiyyətinin paytaxt və Nyu-Yorkdakı Rusiya viza mərkəzlərini bağlamaq qərarına gəldiyini açıqlayıb. Onun sözlərinə görə, buna görə də Rusiyanın diplomatik nümayəndəliklərinin əməkdaşlarının çiyninə əlavə yük düşəcək.
Azpost.info