Astanada “Xan Şatır” ticarət-əyləncə mərkəzinin yaxınlığında yerləşən çoxmərtəbəli binada yanğın baş verib.
Yanğının söndürülməsinə çoxsaylı texnika və şəxsi heyət cəlb olunub.
Hadisə yerində operativ qərargah yaradılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri 1-i uşaq olmaqla 8 nəfəri təxliyə ediblər.
Yanğın binanın 26-cı mərtəbəsində başlayıb.
FHN bildirib ki, hadisənin baş verməsinin səbəbi dəqiqləşdirilir.