Bakıda sürücülük vəsiqəsi olmayan sürücü piyadanı vurub öldürüb.
Hadisə Xəzər rayonu Zirə qəsəbəsində qeydə alınıb.
Abdullayev Sadiq İlham oğlu etibarnaməsi və sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən piyada Məmmədova Çimnaz Atamoğlan qızını vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır(apa).