Lalə Şövkət deputatlığa namizəd olacaq? –AÇIQLAMA

Azərbaycan Liberal Partiyasının (ALP) lideri, sabiq dövlət katibi Lalə-Şövkət Hacıyeva növbədənkənar parlament seçkilərində namizəd olmayacaq.

Bu barədə Azpost.info-ya ALP-nin sədri, Lalə-Şövkət Hacıyevanın yaxın silahdaşı Əvəz Temirxan bildirib.

Partiya sədri bildirib ki, ALP lideri ölkədəki ictimai-siyasi prosesləri izləyir, analizlər aparır: “Amma Lalə xanımın seçkilərdə namizədliyini vermək qərarı yoxdur. Bunun səbəbləri barədə danışmaq istəmirəm”.

ALP-nin seçkilərdə iştirakına gəlincə, Ə.Temirxan partiyanın fəaliyyətinin dondurulduğunu, yenidən qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edildiyini söyləyib: “Qeydiyyatımız bərpa olmadığı üçün partiya seçkilərdə iştirak etməyəcək”.

“Mənim namizədliyimə gəlincə, seçkidə namizəd olacam. Hazırda 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən namizəd olmaq üçün müvafiq sənədləri təqdim edirəm”, – deyə Ə.Temirxan vurğulayıb.

Anar ABDULLA

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.