Hindistan Putindən müharibəyə aparılan hindliləri geri qaytarmağı tələb edir

Hindistan Baş naziri Narendra Modi iyulun 8-9-da Moskvaya səfəri zamanı Vladimir Putindən Ukraynaya qarşı müharibəyə aparılmış Hindistan vətəndaşlarının vətənlərinə qayıtmasını tələb edəcək.

Azpost.info xəbər verir ki, bunu Hindistan xarici işlər nazirinin birinci müavini Vinay Kvatra deyib.

O qeyd edib edib ki, Hindistan tərəfinin göstərdiyi səylər sayəsində artıq 10 hindistanlı Ukraynadakı müharibədən geri qaytarılıb.

“Hindistan vətəndaşlarının mümkün qədər tez qayıtmasını təmin etmək üçün hər cür səy göstərilir”, – Kvatra bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.