Oğuzda sahibkarın 3 obyekti yanıb

Oğuzun Kərimli kəndi ərazisində yerləşən və hər biri fəaliyyətdə olan aptek, geyim mağazası və baytarlıq aptekində hələlik bəlli olmayan səbəbdən güclü yanğın qeydə alınıb.

Yanğın hadisəsi aptekin yerləşdiyi otaqdan başlayıb. Daha sonra alov güclənərək bitişik binadakı baytarlıq apteki və geyim mağazasının da daxil olduğu ümumi sahəsi 170 m² olan obyekti əhatə edib. Yanğın zamanı aptek və içərisindəki dərman preparatlarının böyük hissəsi yanıb. Geyim mağazası və baytarlıq aptekinin tavan hissəsinə də ciddi ziyan dəyib.

Hadisə yerinə cəlb edilən Oğuz Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və şəxsi heyətinin səyi nəticəsində yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.