“Zelenskinin bu cavabı Putini təəccübləndirdi…”- Orban Şarl Mişelə məktub göndərdi

“Ukrayna lideri Vladimir Zelenskinin müvəqqəti atəşkəsdən imtina etməsi Rusiya prezidenti Vladimir Putini təəccübləndirdi. Çünki o hesab edir ki, Ukrayna ordusu ayda 40-50 min nəfərə çatan ciddi itkilər verir”.

Azpost.info xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban Rusiyaya səfərindən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Aİ liderlərinə yazdığı məktubda deyib.

Orbanın sözlərinə görə, Putinin cəbhə xəttindəki vəziyyətə münasibəti prezident Zelenskinin şərhindən əhəmiyyətli dərəcədə fərqlidir.

“Eyni zamanda, Putin Orbana yalnız 2022-ci ilin aprelində İstanbulda danışıqlar zamanı müəyyən edilmiş atəşkəs şərtlərini nəzərdən keçirməyə hazır olduğunu bildirib. Bu, xüsusilə Ukrayna üçün beynəlxalq təhlükəsizlik təminatlarını müəyyən edən ilkin sazişin beşinci bəndinə aiddir”, – Orban məktubda qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.