Ukraynanın NATO-ya inteqrasiyası prosesi bu dövlətin və ya Şimali Atlantika Alyansının özünün yox olması ilə başa çatmalıdır.
Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Onun fikrincə, ən yaxşı seçim hər ikisini aradan qaldırmaq olardı.
“Biz hər şeyi etməliyik ki, Ukraynanın NATO-ya gedən yolu ya Ukraynanın, ya da NATO-nun yox olması ilə başa çatsın. Hər ikisini etmək daha yaxşıdır”, – Medvedev bildirib.
Bu açıqlaması ilə Medvedev NATO bəyannaməsinin məzmununa cavab verdi. Sənədə əsasən, hərbi blok ölkələri Ukraynanı tam Avro-Atlantik inteqrasiyaya, o cümlədən Alyansa üzvlük üçün dəstəkləməyə davam edəcək.
Azpost.info