İsrail Knesseti (parlamenti) səs çoxluğu ilə Fələstin dövlətinin yaradılmasını rədd edən qətnaməni qəbul edib.
Azpost.info bildirir ki, bu barədə “The Times of Israel” xəbər verir.
“İsrail Knesseti İordaniyanın qərbində Fələstin dövlətinin yaradılmasına qəti şəkildə əleyhinədir. İsrail torpağının mərkəzində Fələstin dövlətinin yaradılması İsrail Dövlətinin və onun vətəndaşlarının mövcudluğuna təhlükə yaradar, İsrail- Fələstin münaqişəsi və regionda sabitliyi pozur”, – deyə qətnamədə deyilir.
Qəzet qeyd edir ki, qətnamə baş nazir Benyamin Netanyahunun koalisiyasına daxil olan partiyalar, eləcə də sağçı müxalifət partiyaları tərəfindən qəbul edilib. Hətta Benni Qantsın mərkəzçi Milli Birlik Partiyasından dəstək alıb.
O qeyd edir ki, sol mərkəzçi Yeş Atid partiyasından olan parlament üzvləri bu qərarı dəstəkləməmək üçün iclası tərk ediblər.
Qəzet xatırladır ki, qətnamə Netanyahunun Konqresin birgə iclasında çıxış edəcəyi və Ağ Evdə prezident Co Baydenlə görüşəcəyi ABŞ-a səfərindən cəmi bir neçə gün əvvəl qəbul edilib.