“Windows” əməliyyat sistemində qlobal nasazlıq ABŞ, Böyük Britaniya, Türkiyə, Hindistan, İspaniya və bəzi digər Avropa ölkələrində uçuşların kütləvi şəkildə ləğv edilməsinə səbəb olub.
Azpost.info xəbər verir ki, bu, “American Airlines”, “United Airlines”, “Ryanair”, “Air India”, “Eurowings”, “Air Asia”, “VietJet Air” tərəfindən təsdiqlənib. “Lufthansa” da uçuşların mümkün gecikmələri və ləğvi, həmçinin Berlin hava limanının bağlanması barədə məlumat verib.
Türkiyənin “Türk Hava Yolları” bilet alışı və qeydiyyat zamanı problemlər barədə xəbərdarlıq edib.
Problemdən hava yolu sənayesi ilə yanaşı, dəmir yolu nəqliyyatı da təsirlənib. Böyük Britaniya və Malayziyadakı operatorlar sərnişin xidmətlərinə məhdudiyyətlər qoyulduğunu bildiriblər.
Azpost.info