“Vaqner”in rəhbəri Priqojinin məzarını təhqir edən şəxs həbs edilib

Sankt-Peterburq polisi “Vaqner”in sabiq rəhbəri Yevgeni Priqojinin məzarını təhqir edən şəxsi saxlayıb.

Azpost.info bildirir ki, onun Voronej vilayətinin 36 yaşlı sakini olduğu üzə çıxıb.

İyulun 21-də Ryabovskoe şosesindəki Poroxovskoe qəbiristanlığının mühafizəçisi polislə əlaqə saxlayıb. O, Priqojinin məzarı üzərinə təhqiramiz plakatlar yapışdıran bir adam görüb.

Yoxlama zamanı polis müəyyən edib ki, saxlanılan şəxsin oğurluğa cəhd maddəsi ilə cinayəti var. 2000-ci ilin noyabrında o, 5000 rubl cərimə cəzasına məhkum edildi.

İttiham olunan vandala qarşı S cinayət işi başlanıb.

Bundan əvvəl Sankt-Peterburqda Priqojinin məzarındakı abidənin ağ boya atıldığı bldirililib.

Xatırladaq ki, Vagner PMC-nin qurucusu Yevgeni Priqojin 2023-cü il avqustun 23-də Tver vilayətində təyyarəsinin qəzaya uğraması nəticəsində dünyasını dəyişib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.