NATO Bbaş katibi Yens Stoltenberq Alyansın Afrika və Yaxın Şərq ölkələri üzrə xüsusi nümayəndəsini təyin edib.
Azpost.info xəbər verir ki, bu vəzifə əvvəllər NATO-nun Orta Asiya və Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışmış Xavyer Kolomina həvalə olunub.
“Yaxın Şərq, Şimali Afrika və Sahel regionu Şimali Atlantika Alyansı üçün vacibdir. Kolominanın təyinatı NATO-nun cənubdakı işini gücləndirəcək”, – Baş katib bildirib.
Azpost.info