Gürcüstanda DTX Ukrayna tərəfində döyüşənləri dindirməyə çağırır- BBC

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti Rusiyaya qarşı müharibədə Ukrayna ordusunun tərəfində vuruşmuş könüllüləri dindirməyə çağırmağa başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə qurumdan BBC-yə bildirilib.

Onlar qeyd ediblər ki, istintaq Gürcüstan Cinayət Məcəlləsinin iki maddəsi – 18-323 (terrorizmə hazırlıq) və 315-ci (konstitusiya quruluşunu zorla dəyişdirmək üçün sui-qəsd) üzrə aparılır.
Bu maddələrlə işdə iştirak edənləri ömürlük həbs gözləyir.

Qurum məxfiliyin təsnifatını əsas gətirərək təfərrüatları açıqlamaqdan imtina edib. Hazırda neçə nəfərin dindirilməyə çağırıldığı və onların prosessual vəziyyətinin necə olduğu məlum deyil. Kəşfiyyat xidməti könüllülərin şahid qismində çağırıldığını bildirib.

Gürcüstan KİV-lərinin məlumatına görə, ifadə vermək üçün ən azı on könüllü çağırılıb. Onların əksəriyyəti kəşfiyyat xidmətinin dindirməsindən imtina edərək, məhkəmədə ifadə verməyə üstünlük verib. Onların vəkilləri qeyd edirlər ki, dindirməyə çağırılmaya səbəb Ukrayna tərəfində Rusiyaya qarşı müharibədə könüllülərin iştirakı olub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.