AZAL ilin əvvəlindən iki milyon sərnişinə xidmət göstərib

Azərbaycanın milli aviadaşıyıcısı AZAL iki milyonuncu sərnişinini mükafatlandırıb. İyulun 25-nə olan məlumata görə, aviaşirkət 2024-cü ilin əvvəlindən iki milyon sərnişinə xidmət göstərib.

AZAL-dan verilən məlumata görə, mükafatlandırılan sərnişin Bakı-London reysinə aviabilet əldə edən Nəzrin Orucova olub.

Aviaşirkətin nümayəndələri Heydər Əliyev Beynəlxalq Aeroportunda Nəzrin xanımı təbrik edərək Bakıdan “Azərbaycan Hava Yolları” aviaşirkətinin istənilən müntəzəm istiqaməti üzrə ödənişsiz gediş-dönüş aviabileti təqdim ediblər.

Qeyd edək ki, 2024-cü ilin birinci yarısında keçən ilin eyni dövrü ilə müqayisədə AZAL-ın sərnişinlərinin sayında beynəlxalq istiqamətlərdə 60%, ölkədaxili istiqamətlərdə isə 10% artım müşahidə olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.