Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı

Pensiya
Pensiya

Sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ilin 6 ayında da davam edib.

Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyindən verilən məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 4 mlrd. 382 mln. manat vəsait ödənilib.

Bu da ötən ilin müvafiq dövrünə nisbətən 408,5 mln. manat və ya 10,3 faiz çoxdur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.