“Yaşıl düşüncənin təbliği və inkişafı” layihəsi çərçivəsində təlimlər keçirildi –FOTOLAR

Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi İctimai Birliyi 26-27 iyul tarixlərində Ağdam rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilirən Qarabağ iqtisadi rayonunda “Yaşıl düşüncənin təbliği və inkişafı” layihəsi çərçivəsində təlimlər keçirildi.

Layihənin təlimçisi, dosent, Radif Mustafayev təlim zamanı “Yaşıl düşüncə”, Dayanaqlı inkişaf və “Yaşıl həyat” mövzular barədə məlumat verdi. Təlimdə Ağdam rayonunda müxtəlif sektorlarda çalışan 25-dən çox gənc lider və fəalar iştirak edib.

Təlimin sonunda iştirakçılar qruplara bölünərək “Yaşıl Ağdam” haqqında fikirlərini yazıblar. Onlar gələcək illərdə regionlarında görmək istədikləri davamlı təcrübələr haqqında fikirlərini təqdim etdilər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.