Lavrovun vəzifədən azad edilmiş müavinini bu şəxs əvəz edəcək

Vəzifəsindən azad edilən Rusiya xarici işlər nazirinin birinci müavini Vladimir Titov Rusiyanın Cenevrədəki BMT ofisi və beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi ola bilər.

Azpost.info xəbər verir ki, bu barədə “Kommersant” yazır.

Nəşrin məlumatına görə, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya xarici işlər nazirinin birinci müavini vəzifəsinə təyin oluna bilər.

Hazırda Rusiyanın beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsini Gennadi Qatilov tutur. O, bu vəzifəyə 2018-ci ildə təyin edilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.