Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

Bakı şəhərindən və Abşeron rayonundan köçürülən 19 ailə (72 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından yola salınıb.

Tərtər və Ağcabədi rayonlarından da hərəsində 1 ailə olmaqla köçün yola salınaraq Ağdamda karvana qoşulması nəzərdə tutulub.

Bu dəfəki köç zamanı ümumilikdə 79 nəfərdən ibarət 21 ailə doğma yurdlarına qayıdır.

Qeyd edək ki, bu gün həyata keçirilən köç də nəzərə alınmaqla Şuşa şəhərinə cəmi 147 ailə (570 nəfər) köçürülüb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.