Tramp Paris 2024-ün açılış mərasimini biabırçılıq adlandırıb

Donald Tramp Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimini biabırçılıq adlandırıb.

ABŞ-ın keçmiş Prezidenti bunu “Fox News”a açıqlamasında deyib.

Açılış zamanı Leonardo da Vinçinin İsa peyğəmbərdən bəhs edən “Son şam yeməyi” tablosunun parodiyası əsasında hazırlanmış səhnəni tənqid edən Tramp deyib: “Mənim dünya görüşüm genişdir, lakin onların təşkil etdikləri açılış mərasimi biabırçılıqdır”.

Tramp həmçinin vurğulayıb ki, ABŞ Prezidenti seçiləcəyi təqdirdə Los-Ancelesdə keçiriləcək 2028-ci il Yay Olimpiya Oyunlarında “Son şam yeməyi”nin parodiyalarına yer olmayacaq.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.