Ermənistan Sərhəd Qoşunlarına yeni komandan təyin edilib

Edqar Hunanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yeni komandanı təyin edilib.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan sərəncam imzalayıb.

Polkovnik Hunanyan bundan əvvəl Sərhəd Qoşunları komandanının birinci müavini və qərargah rəisi vəzifələrində çalışıb.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.