Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılıb.
Azpost.info bildirir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.
Namizədlər 31 iyul saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər.
Qeyd edək ki, vakansiya seçimi 5 avqust saat 11:00-dək davam edəcək.
Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.
Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.