Çin hakimiyyəti HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlini qətiyyətlə pisləyir.
Azpost.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tsian bildirib.
“Baş verənləri diqqətlə izləyirik. Bu qətlin qətiyyətlə pisləyirik”, – XİN rəsmisi deyib.
Onun sözlərinə görə, münaqişənin və qarşıdurmanın daha da genişlənməsinin qarşısını almaq üçün Qəzzada hərtərəfli və uzunmüddətli atəşkəsə mümkün qədər tez nail olmaq lazımdır.
Azpost.info