“Haniyənin qətli Yaxın Şərqi xaosa sürükləyəcək”- Qətər XİN

Qətər Xarici İşlər Nazirliyi HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsini pisləyib və Yaxın Şərqi xaosa sürükləmək təhlükəsi barədə xəbərdarlıq edib.

Azpost.info xəbər verir ki, bu barədə Qətər XİN-in bəyanatından məlum olur.

“Qətər İsmayıl Haniyənin Tehranda öldürülməsini qəti şəkildə pisləyir və bunu dəhşətli cinayət, təhlükəli gərginlik və beynəlxalq və humanitar hüququn kobud şəkildə pozulması hesab edir. Bu hadisə və İsrailin ehtiyatsız davranışı Qəzza zolağında dinc əhaliyə hücumu davam etdirməsi bölgəni xaosa sürükləyəcək və sülh şanslarını sarsıdacaq”, – Qətər XİN bildirib.

Qətər hökuməti Haniyənin ailəsinə və Fələstin rəhbərliyinə başsağlığı verib: “Qətər dövləti motiv və səbəblərindən asılı olmayaraq zorakılıq, terror və cinayət əməllərini, o cümlədən siyasi sui-qəsdləri rədd edir”.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.