MDB DİN rəhbərləri ekstremizm və terrorizmlə mübarizəni müzakirə ediblər

MDB dövlətlərinin Daxili İşlər Nazirləri Şurasının iclasında ekstremizmə və terrorizmə qarşı mübarizə məsələsi müzakirə edilib və bununla bağlı müvafiq qərar qəbul edilib.

Azpost.info xəbər verir ki, bu barədə Belarusun daxili işlər naziri İvan Kubrakov məlumat verib.

İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın Daxili İşlər nazirliklərinin rəhbərləri, MDB-nin Antiterror Mərkəzinin, Birlik İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

Şuranın iclasında 13 məsələyə, o cümlədən kibercinayətkarlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı məsələlərə baxılıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.