İsrail nümayəndə heyəti Dohaya atəşkəslə bağlı danışıqlara gedir

İsrail nümayəndələri avqustun 15-də Qəzza zolağında vəziyyətin nizamlanması üzrə danışıqlara gedəcəklər.

Bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

“Baş nazir Benyamin Netanyahu Qəzza zolağında atəşkəslə bağlı danışıqların aparılacağı Dohaya nümayəndə heyətinin göndərilməsini təsdiqləyib”, – məlumatda deyilir.

Bundan əvvəl Misir, Qətər və ABŞ hakimiyyəti İsrail və HƏMAS-ı avqustun 14-15-də Qəzza zolağında hərbi əməliyyatların dayandırılması ilə bağlı müzakirələri bərpa etməyə çağırmışdı.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.