“Real Madrid” UEFA Superkubokunun qalibi olub

UEFA Superkuboku uğrunda keçirilən matçda İspaniyanın “Real Madrid” komandası ilə İtaliyanın “Atalanta”sı qarşılaşıb.

Qqarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada Madrid təmsilçisi rəqibini üstələməyi bacarıb – 2:0.

Oyunun 59-cu dəqiqəsində Federiko Valverde hesabı açıb.

Qarşılaşmanın 69-cu dəqiqəsində isə Killian Mbappe matçın yekun hesabını müəyyənləşdirib.

Bununla da “Real Madrid” tarixində 6-cı dəfə UEFA Superkubokunu qazanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.