Rusiyanın Volqoqrad vilayətində 19 saylı cəzaçəkmə müəssisəsində baş verən insident nəticəsində Penitensiar Xidmətin 4 əməkdaşı həlak olub.
Bu barədə Rusiya Penitensiar Xidməti (PX) açıqlama yayıb.
Açıqlamada bildirilir ki, İŞİD üzvü olduğunu bildirən dörd məhbus müəssisədə 8 əməkdaşı və 4 məhkumu girov götürüb. Girov götürülənlərdən bəziləri müqavimət göstərib.
Terrorçular dörd əməkdaşa kəsici-deşici alətlərlə müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Onlardan üçü yerində ölüb, müqavimət göstərən daha dörd əməkdaş xəstəxanaya yerləşdirilib. Onlardan biri xəstəxanada keçinib.
Qeyd edək ki, Rusiya Qvardiyasının keçirdiyi əməliyyat nəticəsində terrorçuların dördü də məhv edilib, girovlar azad olunub.
**
Rusiya Qvardiyasının snayperləri Surovikino koloniyasının əməkdaşlarını girov götürən 4 terrorçunu zərərsizləşdirib, girovlar azad edilib.
Bu barədə Rusiya Qvardiyasından bildirilib.